Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Qərb Sənaye Parkı” yaradılacaq

Park sahibkarlara müasir texnologiyalarla rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər üçün infrastruktur təmin edəcək.

136

Prezident İlham Əliyev “Qərb Sənaye Parkının yaradılması haqqında” fərman imzalayıb. Fərmana əsasən, Gəncə şəhəri və Şəmkir rayonunun ərazisində yeni sənaye parkı fəaliyyət göstərəcək.

Qərb Sənaye Parkı sahibkarlara müasir texnologiyalarla rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərmək üçün zəruri infrastruktur və idarəetmə imkanları təqdim edəcək. Parkın idarə olunması və inkişafı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən təmin olunacaq.

Parkın istifadəyə yararlı vəziyyətə gətirilməsi və elektrik, istilik, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat və digər infrastruktur obyektlərinin yaradılması məqsədilə 2026-cı ilin dövlət büdcəsindən 500 min manat ayrılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.