Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Putin Trampdan gələn “Sülh Şurası” dəvətinə münasibət bildirib

Rusiya prezidenti təklifi araşdırmağı tapşırıb və şuraya 1 milyard dollar ayırmağa hazır olduqlarını açıqlayıb

180

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampdan “Sülh Şurası” ilə bağlı şəxsi mesaj aldığını açıqlayıb. Məlumatı TASS yayıb.

Putin bildirib ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə təklifin detallı şəkildə araşdırılması, tərəfdaşlarla məsləhətləşmələrin aparılması və bundan sonra Rusiyanın mövqeyinin formalaşdırılması tapşırılıb.

O, Qəzza üzrə aparılan proseslərin Yaxın Şərqdə ümumi münaqişənin həllinə müsbət töhfə verə biləcəyini vurğulayıb. Rusiya liderinin sözlərinə görə, Moskva ABŞ-da dondurulmuş Rusiya vəsaitləri hesabına “Sülh Şurası”na 1 milyard dollar ayırmağa hazırdır.

Putin əlavə edib ki, Rusiya Ukrayna müharibəsindən sonra dağıdılmış ərazilərin bərpası üçün dondurulmuş aktivlərdən istifadə məsələsini ABŞ ilə müzakirə edir və yanvarın 22-də Uitkoff və Kuşnerlə əlaqə saxlanılması planlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.