Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Prokurorluğa işə qəbul imtahanı ilə bağlı vacib elan

Namizədlər 7 oktyabra qədər qeydiyyatdan keçməlidirlər

12

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən sənədləri qəbul edilən şəxslərin nəzərinə çatdırılır ki, prokurorluq orqanlarına işə qəbul üzrə test imtahanı 10 oktyabr 2025-ci il, saat 10:00-da keçiriləcək.

Namizədlər 3–7 oktyabr saat 23:59-dək bu keçid vasitəsilə imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçməlidirlər.

Bundan sonra iştirakçılar 8 oktyabrdan etibarən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. İmtahan Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən Dövlət İmtahan Mərkəzinin elektron imtahan korpusunda baş tutacaq.

Namizədlərə xatırladılır ki, imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə gəlmək mütləqdir. Həmçinin, imtahan iştirakçıları binanın qarşısında imtahanın başlanma vaxtına ən azı bir saat qalmış hazır olmalıdırlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.