Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Prezident təqaüdü bu ildən 350 manat təşkil edəcək

Ali məktəblərə qəbul nəticələri açıqlandı

9

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul prosesi yekunlaşıb və imtahanların nəticələri açıqlanıb.
Bu il keçirilən qəbul imtahanlarında 5 mindən çox abituriyent 600-dən yuxarı bal toplasa da, onlardan bəziləri seçdikləri ixtisaslara qəbul ola bilməyiblər.

Ən yüksək nəticə göstərən tələbələr isə ənənəvi olaraq Prezident təqaüdünə layiq görüləcəklər. Xatırladaq ki, Prezident təqaüdü 2001-ci ildə qəbul edilmiş sərəncama əsasən hər il ölkə üzrə ən yaxşı nəticə göstərən 102 tələbəyə təqdim olunur.

2025-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Prezident təqaüdünün məbləği artırılaraq 275 manatdan 350 manata qaldırılıb. Təqaüdlərin təqdimatı sentyabr ayında keçiriləcək xüsusi sərəncamla rəsmiləşdiriləcək.

Bu təqaüd cari tədris ilinin ilk semestri üçün nəzərdə tutulur. Növbəti dövrlərdə isə tələbələrin ali məktəbdəki göstəricilərindən asılı olaraq, onların təhsil müəssisələrinin təqdimatı əsasında Elm və Təhsil Nazirliyi tərəfindən davam etdirilə bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.