Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Prezident İlham Əliyev Sumqayıtda yeni polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu

“Nun” MMC-nin layihəsi 3120 ton illik istehsal gücü və 140 yeni iş yerini təmin edəcək

239

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Nun” MMC tərəfindən yaradılacaq polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub.

“Nun” MMC-nin təsisçisi Kamran Rzayev dövlətimizin başçısına müəssisə barədə məlumat verib. Layihəyə əsasən, 1 hektar ərazidə inşa olunacaq yeni müəssisədə Almaniya texnologiyasından istifadə ediləcək. Burada illik istehsal gücü 1680 ton laminatlı kisə1440 ton polipropilen kisə olmaqla 3120 tondan çox məhsul istehsal ediləcək və əsasən daxili bazarın tələbatını ödəyəcək.

Müəssisənin açılması ilə 140 daimi iş yeri yaradılacaq. Layihənin ümumi investisiya həcmi 11,2 milyon manat, onun həyata keçirilməsinə isə Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat dəyərində güzəştli kredit ayrılıb. Eyni zamanda, müəssisədə istifadə olunacaq avadanlıqların idxalı zamanı ƏDV və gömrük rüsumlarından azad olunması nəzərdə tutulur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.