Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Prezident İlham Əliyev Ərəb Parlamentinin nümayəndə heyətini qəbul edib

Görüşdə Azərbaycan-ərəb dünyası əlaqələri, sülh prosesi və işğaldan azad edilmiş ərazilərin bərpası müzakirə olunub

71

Fevralın 11-də Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycanın ərəb ölkələri ilə siyasi, iqtisadi və mədəni əlaqələrinin inkişafında qarşılıqlı səfərlərin rolunu vurğulayıb və islam həmrəyliyinə verdiyi töhfələri, o cümlədən Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini xatırladıb.

Qonaq Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyində əldə olunan nailiyyətləri təbrik edib və Prezident İlham Əliyevin regionda sülhün möhkəmləndirilməsində rolunu qeyd edib. Prezident İlham Əliyev isə bu prosesin regionun inkişafı üçün əhəmiyyətini vurğulayıb və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə toxunub.

Görüşdə həmçinin Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.