Polşa XİN-dən səs-küylü açıqlama
Rusiya-Ukrayna müharibəsi ən azı üç il də davam edəcək
Rusiya ilə Ukrayna arasındakı müharibənin yaxın illərdə bitməsi gözlənilmir.
Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyanat verib.
Nazirin sözlərinə görə, Ukrayna tərəfi qarşıdakı üç il ərzində müharibəni davam etdirməyi planlaşdırır.
“Ukraynalılar daha üç il müharibə aparmağı planlaşdırırlar”, – Sikorski bildirib.
O əlavə edib ki, Avropa İttifaqı da bu müddət ərzində eyni kursu saxlamağa və Ukraynaya dəstəyini davam etdirməyə hazırdır.
Polşalı nazir Avropa ölkələrini pilotsuz uçuş aparatlarına qarşı müdafiə qabiliyyətlərini gücləndirməyə çağırıb və əks halda bunu “məsuliyyətsizlik” adlandırıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.