Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Polisin narkotiklərə qarşı əməliyyatı

Əməliyyat zamanı metamfetamin, heroin və marixuana aşkar edilib, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

189

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Əməliyyat zamanı 19 yaşlı Məhəmməd Əsgərov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən metamfetamin, heroin və marixuana aşkar edilib.

Araşdırmalar zamanı M.Əsgərova narkotik vasitə və psixotrop maddələr satan şəxsin 26 yaşlı Vəsayət Buludov olduğu müəyyən edilib və o da polis tərəfindən saxlanılıb. V.Buludovdan da metamfetamin, heroin və marixuana götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.