Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pensiya sistemində yenilik – Elektron dövr başlayır

Əmək pensiyalarının təyin edilməsinə dair qaydalar DƏYİŞİR

12

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edib.

Yeni qərara əsasən, əmək pensiyalarının təyin olunması, imtina halları, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi ilə bağlı qərarlarda göstərilən məlumatlar artıq Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə və əldə oluna biləcək.

Bundan sonra bu sistem üzərindən təqdim edilən məlumatlar rəsmi sənədin təqdim edilməsinə bərabər sayılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.