Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Paşinyan: Zayed Mükafatı sülhə sadiqliyin göstəricisidir

Ermənistanın baş naziri bildirib ki, münaqişə başa çatsa da, mövcud məsələlərin həlli və sülhün qorunması davamlı səylər tələb edir.

26

Ermənistan və Azərbaycan liderlərinin Zayed Mükafatını qəbul etməsi hər iki ölkənin sülhə sadiqliyinin göstəricisidir. Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan səsləndirib.

Onun sözlərinə görə, bu addım Ermənistan ətrafında daha müsbət siyasi atmosferin formalaşmasına xidmət edir.

Paşinyan bildirib ki, bu, münaqişə ilə bağlı bütün problemlərin tam həll edildiyi demək deyil. Lakin o vurğulayıb ki, münaqişə artıq başa çatıb və bu vəziyyət mövcud məsələlərin həlli üçün əsas yaradır. “Biz yaranmış imkanlardan düzgün və səmərəli istifadə etməliyik”, – deyə baş nazir qeyd edib.

O əlavə edib ki, sülh davamlı diqqət və qayğı tələb edən prosesdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.