Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Paşinyan “Tramp Marşrutu”ndan danışdı

Yeni nəqliyyat xəttinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcəyi, həmçinin regionda sülh prosesinə töhfə verəcəyi bildirilir

60

“Tramp Marşrutu” Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək.

Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan səsləndirib.

Onun sözlərinə görə, sözügedən layihə çərçivəsində Ermənistanın cənub hissəsində yeni dəmir yolu xəttinin açılması planlaşdırılır. Paşinyan bildirib ki, marşrut təkcə regional deyil, daha geniş coğrafiyada da nəqliyyat əlaqələrinə töhfə verəcək.

Baş nazir vurğulayıb ki, “Tramp Marşrutu” Şərqlə Qərb arasında – Avropadan Mərkəzi Asiyaya və əks istiqamətdə – yeni yol və alternativ təchizat xətti formalaşdıracaq.

Nikol Paşinyan eyni zamanda Ermənistan–Türkiyə münasibətlərinə də toxunaraq qeyd edib ki, son illər Ankara ilə kifayət qədər fəal dialoq aparılır. Onun sözlərinə görə, region ölkələri artıq sülhün üstünlüklərini hiss etməyə başlayıb və bu prosesin Cənubi Qafqazda ümumi barışığa gətirib çıxaracağına inam var.

Paşinyan əlavə edib ki, Cənubi Qafqaz region ölkələri üçün ortaq evdir və hamı onun inkişafı naminə məsuliyyət daşıyır. O, başlanan sülh və konstruktiv əməkdaşlıq mərhələsinin geri dönüşü olmayan bir proses olduğuna əminliyini ifadə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.