Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pakistanda ilk “ASAN xidmət” mərkəzi açıldı

Mərkəzdə 12 dövlət qurumu tərəfindən 64 xidmət göstəriləcək və Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb.

217

Yanvarın 14-də Pakistanın İslamabad şəhərində ölkədə ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Açılış mərasimində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif, hökumət üzvləri və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev rəhbərliyində nümayəndə heyəti iştirak edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzin qurulması istiqamətində Pakistan tərəfinə zəruri dəstək göstərilib.

Pakistan ASAN xidmət” mərkəzində ilkin mərhələdə 12 dövlət qurumu tərəfindən 64 xidmət göstəriləcək.

Mərkəzin girişində Azərbaycan–Pakistan dostluğunu əks etdirən xüsusi guşə yaradılıb. Burada Prezident İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq münasibətlərini vurğulayan sitatı da yerləşdirilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.