Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Orta aylıq pensiya 590, yaşa görə pensiya 629 manat olacaq

İndeksasiya mexanizmi pensiya alan milyonlarla vətəndaşın gəlirlərini artıracaq.

289

2026-cı ildə orta aylıq pensiyanın 590 manat, yaşa görə orta aylıq pensiyanın isə 629 manat səviyyəsində olması gözlənilir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev bildirib. Nazir qeyd edib ki, bu il pensiyaların təqribən 9% artırılması planlaşdırılır və bunun üçün əlavə 636 milyon manat vəsait ayrılacaq.

1,1 milyon vətəndaşın pensiyasının indeksləşdirilməsi gözlənilir. İndeksasiya mexanizmi əvvəlki ilin orta aylıq əmək haqqının artım tempinə uyğun həyata keçirilir. Dövlət Statistika Komitəsi rəqəmləri açıqladıqdan sonra dəqiq indeksasiya məbləği müəyyənləşəcək,” – deyə nazir əlavə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.