Omanda gözəllik müsabiqəsində saxtakarlıq: 20 dəvə yarışdan kənarlaşdırıldı
Dəvələrin üzərinə botoks, silikon və digər kosmetik müdaxilələr aşkar edildikdən sonra heyvanlar müsabiqədən çıxarılıb
Omanda keçirilən dəvə gözəllik müsabiqəsində heyvanların üzərində kosmetik müdaxilələrin izləri aşkarlandıqdan sonra iyirmi dəvə yarışdan xaric edilib. Bu barədə Daily Mail qəzeti yarış təşkilatçıları və baytarlıq mütəxəssislərinə istinadla məlumat yayıb.
Fars körfəzi ölkələrində geniş yayılmış dəvə gözəllik müsabiqələri bədəvi mədəniyyətinin mühüm bir hissəsi sayılır. Bu tədbirlərdə minlərlə heyvan iştirak edir və mükafat fondları milyonlarla dollar təşkil edir ki, bu da damazlıq heyvanlar arasında rəqabəti kəskinləşdirir.
Təşkilatçılar bildiriblər ki, bəzi sahiblər Maskat yarışmasında üstünlük qazanmaq üçün qadağan olunmuş üsullara əl atıblar. Aşkar olunub ki, dəvələrin dodaqlarını dolğunlaşdırmaq üçün botoks, üz ifadələrini dəyişdirmək üçün əzələ gevşetici maddələr və qozlarını formalaşdırmaq üçün silikon və mum doldurucular istifadə edilib.
Rəsmi açıqlamada vurğulanıb ki, dəvələrin görünüşünü süni yolla dəyişdirmək hər hansı bir üsul qaydalara zidd sayılır və saxtakarlıq hesab edilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.