Nepalda siyasi böhran dərinləşdi
Sosial şəbəkələrin bloklanmasına etirazlar baş nazirin istefası və qanlı iğtişaşlarla nəticələndi
Nepalda hökumətin sosial mediaya qoyduğu məhdudiyyətlər kütləvi etirazlara səbəb olub və nəticədə baş nazir istefa verib. Məlumatı “Reuters” yayıb.
“India Today”in xəbərinə görə, yüksək vəzifəli şəxslərin təxliyəsi üçün baş nazirin Bhaisepati iqamətgahından Tribhuvan hava limanına onlarla helikopter göndərilib.
Xatırladaq ki, sentyabrın 7-də hökumət “Facebook”, “Instagram” və “YouTube” daxil olmaqla 26 sosial platformaya girişin məhdudlaşdırılması barədə qərar qəbul etmişdi. Bu addım korrupsiya ittihamları ilə bağlı narazılıqlarla üst-üstə düşərək, minlərlə insanın küçələrə çıxmasına gətirib çıxarıb.
Sentyabrın 8-də etirazlar iğtişaşlara çevrilib. Rəsmi məlumatlara əsasən, toqquşmalar zamanı azı 19 nəfər həlak olub, 500-dən çox insan yaralanıb.
Katmanduda polis parlament binasına daxil olmağa cəhd edən etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Buna baxmayaraq, nümayişçilər binanı yandırmağa nail olublar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.