Neft bazarında qiymət artımı
Azərbaycan neftinin bir barelinin qiyməti 70 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,91 ABŞ dolları və ya 1,31 faiz artaraq 70,12 ABŞ dollarına çatıb.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində hesablanıb.
Xatırladaq ki, “Azeri Light” markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də — 15,81 ABŞ dolları, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 ABŞ dolları olub.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.