Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Naxçıvanda sosial ekspertiza qurumu fəaliyyətini dayandırdı

Tibbi Sosial-Ekspert Komissiyasının ləğvi ilə bağlı məsələlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.

368

Naxçıvan Muxtar Respublikasında Tibbi Sosial-Ekspert Komissiyası ləğv edilib.

Qərar Naxçıvan Muxtar Respublikasının Baş nazirinin birinci müavini Elşad Əliyev tərəfindən imzalanıb. Beləliklə, 2016-cı il 5 dekabr tarixli, 114 nömrəli qərarın Tibbi Sosial-Ekspert Komissiyasına aid maddəsi də qüvvədən düşüb. Bundan sonra bu qurumla bağlı məsələlər Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunacaq. Qərar imzalanan gündən qüvvəyə minib.

Xatırladaq ki, Komissiya 2008-ci ildə yaradılıb və əsasən sağlamlıq imkanları məhdud şəxslərin tibbi-sosial ekspertizasını, əlillik dərəcəsini, əmək qabiliyyətini və reabilitasiya ehtiyaclarını müəyyən edirdi. Rəyləri vətəndaşların sosial müavinətlər və digər sosial təminat hüquqlarının formalaşdırılmasında əsas rol oynayırdı.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.