Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Naxçıvana dron hücumu

Hava limanı və məktəb yaxınlığına düşən dronların partlaması nəticəsində iki mülki şəxs xəsarət alıb.

64

Martın 5-də Naxçıvan Muxtar Respublikasında dron hücumu qeydə alınıb. Hadisə Naxçıvan Beynəlxalq Hava Limanı və Babək rayonunun Şəkərabad kəndi ərazisində baş verib.

İlkin məlumata görə, İrandan havaya qalxan pilotsuz uçuş aparatlarından biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına düşüb. Digər dron isə Babək rayonunun Şəkərabad kəndində yerləşən tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə yerinə dərhal yanğınsöndürən briqadalar və təcili tibbi yardım avtomobilləri cəlb olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, dronlardan birinin hava limanının terminal binasına düşməsi nəticəsində binaya zərər dəyib. Hadisə zamanı iki nəfər mülki şəxs xəsarət alıb.

Hazırda insidentlə bağlı araşdırmalar aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.