Bizimlə həyatınız həmişə işıqlı olacaq!

NATO şərq cinahında hərbi hazırlığı gücləndirir

Alyans silah və sursat ehtiyatlarını artırmağı, eyni zamanda robot texnologiyalarına əsaslanan yeni müdafiə xətti yaratmağı planlaşdırır

120

NATO alyansın şərq sərhədlərində silah və sursat ehtiyatlarını ciddi şəkildə artırmağa, eyni zamanda müasir robot texnologiyalarına əsaslanan yeni müdafiə xətti formalaşdırmağa hazırlaşır.

Bu barədə İzmirdə yerləşən NATO Quru Qoşunları Komandanlığının Əməliyyatlar üzrə Qərargah rəisinin müavini, briqada generalı Tomas Lovin “Welt am Sonntag” qəzetinə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, “Şərq Cinah Dəyişdirmə Xətti” adlanan bu konsepsiya çoxsəviyyəli müdafiə yanaşmasını əhatə edir və potensial təhlükələrin irəliləməsinin qarşısını almaq üçün yüksək texnologiyalı sistemlərin tətbiqini nəzərdə tutur. Plan çərçivəsində Rusiya və Belarusla sərhədlər boyunca əsasən müşahidə avadanlıqları, məsafədən idarə olunan və yarıavtomatik müdafiə vasitələri ilə təmin edilən xüsusi zona yaradılacaq.

Lovin bildirib ki, bu müdafiə xətti çərçivəsində məlumatlar yerüstü, hava, kosmik və rəqəmsal məkanlardan toplanacaq, beləliklə şərq cinahı boyunca davamlı nəzarət təmin olunacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.