Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Musiqi və İncəsənət Məktəblərində Müəllimlərin Attestasiyası Ləğv Olunur

Müəllimlər Üçün Attestasiya İmtahanı Ləğv Olunacaq – Yeni Yanaşma Gəlir

62

İclasda vurğulanıb ki, mövcud qanunvericiliyə əsasən attestasiya nəticələri əsasən sənədləşdirilmiş protokollarla təsbit olunur və peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi müasir alətlər nəzərdə tutulmur. Rəqəmsal qiymətləndirmə sistemləri və performans dəyərləndirmə metodologiyaları da tətbiq edilmir ki, bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır.

Həmçinin, attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın deyil, bu da əmək mübahisələrinin riskini artırır. Şifahi attestasiya zamanı meyarların ölçülə bilməməsi subyektiv qiymətləndirməyə yol açır. Eyni zamanda, prosesin təşkili əlavə maliyyə və inzibati yük yaradır, komissiyaların formalaşdırılması və uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.