Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Müdafiə Nazirliyində maaş artımı

Yeni qərara əsasən, bəzi vəzifələr üzrə maaş cədvəlində dəyişikliklər təsdiqlənib və artımlar avqustdan qüvvəyə minəcək.

22

Müdafiə Nazirliyində çalışan hərbi qulluqçuların və dövlət qulluqçusu olmayan mülki işçilərin maaşlarında artım edilib.

Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2025-ci il 25 aprel tarixli 138 nömrəli qərara dəyişikliklər olunub.

Qərar, Prezidentin 2025-ci il 19 iyun tarixli fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

Yeni dəyişikliklərə əsasən, bəzi vəzifələr üzrə maaş dərəcələrində artımlar təsdiqlənib. Qərarın əlavəsində göstərilən maddələr 2025-ci il avqustun 1-i qüvvəyə minib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.