Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Müasir texnologiya təhsildə: Dərsliklər elektron formata keçəcək

Deputat Ceyhun Məmmədov: "Rəqəmsal dərsliklər səhvlərin düzəldilməsini və şagirdlərə sürətli təqdimatı asanlaşdıracaq

175

Milli Məclisin Elm və Təhsil komitəsinin iclasında deputat Ceyhun Məmmədov dərsliklərin rəqəmsal formata keçirilməsinin zəruriliyini vurğulayıb.

O bildirib ki, dərsliklər üzərində işləmək və mövcud səhvləri düzəltmək elektron qaydada daha rahatdır:
“Dərsliklərin rəqəmsallaşdırılması üzərində işləməliyik. Bu yolla səhvləri asanlıqla düzəltmək mümkündür və şagirdlərə dərs materialını sürətlə təqdim etmək imkanı yaranır” – deyə deputat əlavə edib.

Məmmədov qeyd edib ki, Elm və Təhsil Nazirliyi artıq dərsliklərin rəqəmsal formata keçirilməsi üzərində işlərini davam etdirir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.