Müəllimlərin maaşına əlavələr tətbiq olunur
73 minə yaxın pedaqoq diferensial əməkhaqqı alacaq
2022-ci ildən tətbiq olunan sertifikasiya prosesi bu il də davam etdirilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun sözlərinə görə, bu mərhələyə ilk dəfə olaraq 2 minə yaxın yeni fənn müəllimi qoşulub.
Məlumat verilib ki, imtahanı uğurla başa vuran müəllimlərin əməkhaqlarına 15 sentyabrdan etibarən əlavə ödənişlər tətbiq olunmağa başlanıb. Hazırda artımla maaş alan müəllimlərin sayı 73 min nəfərə yaxınlaşıb.
Eyni zamanda, uğur qazanan namizədlərin müsahibə mərhələsinə də start verilir. Onların oktyabr ayının sonunadək müsahibədən keçməsi nəzərdə tutulur.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.