Müəllimi güllələyən şagird həbs edildi
“İdrak” liseyində şagirdin qəsdən adam öldürməyə cəhdi ilə bağlı həbs qətimkan tədbiri seçilib
“İdrak” liseyində baş verən silahlı insidentlə bağlı məsuliyyətə cəlb olunan şagird barəsində məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Onun üzərinə Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi – qəsdən adam öldürməyə cəhd – üzrə ittiham irəli sürülüb. Qanuna görə, bu maddənin sanksiyasında 9 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulur, lakin 18 yaşını tamamlamamış şəxslərə maksimum 10 il cəza verilə bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.