MİT-dən əməliyyat: Türkiyədə Mossadla əlaqəli iki nəfər saxlanıldı
“Monitum” əməliyyatı çərçivəsində İsrail kəşfiyyatına məlumat ötürdüyü iddia olunan şəxslər nəzarətə götürülüb
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İsrailin xüsusi xidmət orqanı Mossadla əlaqəsi olduğu müəyyən edilən iki şəxsi saxlayıb.
“TRT Haber”in məlumatına görə, “Monitum” adlı əməliyyat çərçivəsində Mehmet Budak Derya və Veysel Kerimoğlu barəsində xüsusi əməliyyat keçirilib və hər iki şəxs nəzarətə götürülüb. Onların İsrail kəşfiyyatı ilə əməkdaşlıq etdiyi iddia olunur.
Araşdırmalar zamanı müəyyən edilib ki, mədən mühəndisi olan Mehmet Budak Derya 2013-cü ildə mərmər ticarəti fəaliyyəti adı altında Mossadla əlaqə yaradıb. Sonrakı illərdə isə müxtəlif ölkələrdə gizli görüşlər keçirərək kəşfiyyat fəaliyyəti ilə məşğul olub.
İstintaq materiallarına əsasən, Derya İsrail kəşfiyyatı tərəfindən yönləndirildikdən sonra Veysel Kerimoğlunu da bu fəaliyyətə cəlb edib. Hər iki şəxsin əldə etdikləri məlumatları mütəmadi şəkildə İsrail tərəfinə ötürdüyü bildirilir.
Faktla bağlı araşdırma davam etdirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.