MİQ-də yeni mərhələ: minlərlə namizəd müsahibəyə qatılacaq
Vakant yerlərin birləşdirilməsi müəllimlərə daha yüksək maaş imkanı yaradacaq
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsində təxminən 4 min namizədin iştirakı nəzərdə tutulur.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli açıqlama verib.
Onun sözlərinə görə, müsahibələrdə müəllim namizədlərinin peşə hazırlığı, psixoloji durumu və dünyagörüşü xüsusi proqram əsasında komissiya tərəfindən qiymətləndiriləcək.
Avqustun 22-dən başlayacaq növbəti mərhələdə azsaatlı vakant yerlərin birləşdirilərək təqdim olunacağı bildirilib. Məqsəd müəllimlərin daha yüksək məvaciblə təmin edilməsidir.
“Hazırda birləşdirilmiş vakant yerlərin sayı 1000-ə yaxındır və onlar müxtəlif bölgələri əhatə edir”, – deyə İsmayılbəyli əlavə edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.