Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirli şahmatçının növbəti beynəlxalq uğuru

10 yaşlı istedad 9 görüşün 6-da qələbə qazanaraq ikinci yeri tutdu

134

Mingəçevirli şahmatçı Mehriban Əhmədli 10 yaşlı qızlar arasında keçirilən Avropa çempionatının gümüş medalına layiq görülüb.

Oktyabrın 29-da Monteneqronun Budva şəhərində start götürən yarışda 90 şahmatçı iştirak edib. Mehriban Əhmədli keçirdiyi 9 turun 6-da qalib gəlib, 3 görüşü isə heç-heçə ilə başa vurub. Yüksək nəticə göstərməsinə baxmayaraq, o, cüzi xal fərqi ilə turniri ikinci pillədə tamamlayıb.

Qeyd edək ki, Mehriban Əhmədli həmyaşıdları arasında dünyanın ən istedadlı şahmatçılarından biri hesab olunur. O, bundan əvvəl iki dəfə dünya ikincisi, bir dəfə isə Avropa çempionu olub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.