Mingəçevirin icra başçısı sakinlərə çağırış etdi
İlham İsmayılov: “Şəhər əhalisinin yarısı tullantıların daşınmasına görə ödəniş etmir”
Mingəçevirdə məişət tullantılarının daşınmasına görə ödəniş problemi qalmaqdadır. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sözlərinə görə, sakinlərin təxminən yarısı bu xidmətə görə müəyyən edilən müqavilə haqqını ödəməkdən yayınır.
Bu barədə icra başçısı Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin istifadəsinə verilmiş yeni yük maşınlarının təqdimatı zamanı danışıb. O bildirib ki, hazırda şəhərdə 50 minə yaxın istifadəçi ya müqavilədən kənarda qalıb, ya da ödəniş etməyib.
“Şəhər təsərrüfatı tullantıların müasir qaydada daşınmasını həyata keçirmək üçün iki yeni yük maşını ilə təmin olunub. Bu texnikalar məhz ödənişlər hesabına əldə edilib. Əgər müqavilə haqları vaxtında ödənilsə, Mingəçevirin müasir texnika ilə təchizatı davam edəcək”, – deyə İlham İsmayılov vurğulayıb.
İcra başçısı sakinləri müqavilələrdən yayınmamağa və ödənişləri vaxtında yerinə yetirməyə çağırıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.