Mingəçevirdən Qarabağa 19 mindən artıq məcburi köçkün ailəsi yola salınacaq
Füzuli, Cəbrayıl, Xocalı, Xocavənd, Laçın, Şuşa və Ağdam rayonları mərhələli köçlə canlanacaq
Qarabağa qayıdış proqramı çərçivəsində Mingəçevirdə məskunlaşmış 19 mindən artıq keçmiş məcburi köçkün ailəsi mərhələli şəkildə işğaldan azad olunmuş doğma torpaqlarına yola salınacaq.
Bu günədək Mingəçevirdən 100-dən çox ailə Füzuli, Cəbrayıl, Xocalı, Xocavənd, Laçın, Şuşa və Ağdam rayonlarına köçürülüb.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mingəçevir nümayəndəsi Rauf Nəbiyev bildirib ki, köçürülənlər arasında Ağdam rayon sakinləri üstünlük təşkil edir:
“Bu, təbii haldır, çünki Mingəçevirdə məskunlaşmış keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti Ağdam rayonundandır. Artıq bir hissələri Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində məskunlaşıblar. Qarşıdakı dövrdə daha 8 ailənin Ağdam şəhərinə köçürülməsi planlaşdırılır”, — deyə R.Nəbiyev əlavə edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.