Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə məktəblilər arasında mübahisə qanla nəticələndi

16 yaşlı yeniyetmə bıçaqlanıb, şübhəli saxlanılıb

60

Mingəçevirdə 16 yaşlı məktəbli bıçaqlanıb. Hadisə şəhərin Təbriz küçəsində baş verib. İlkin məlumata görə, üç yeniyetmə arasında mübahisə yaranıb, nəticədə onlardan biri bıçaq xəsarəti alıb. Yaralı dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Məlum olub ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs də zərərçəkənlə eyni məktəbin şagirdidir. İddialara görə, mübahisə söyüş üstündə başlayıb. Polis tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli saxlanılıb.

Xəsarətlə bağlı ekspertiza təyin edilib, faktla bağlı istintaq araşdırmaları davam edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.