Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə küçədə bıçaqlanma faktı

27 yaşlı gənc qarın nahiyəsindən xəsarət alaraq təcili xəstəxanaya yerləşdirilib

866

Mingəçevirdə gənc oğlan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

1999-cu il təvəllüdlü Mirismayıl Hüseynov qarın nahiyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə şəhər mərkəzində, küçədə aşkarlanıb. Yaralı dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. İlkin məlumatlara əsasən, hadisədə kənar şəxslərin iştirakı qeydə alınmayıb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.