Mingəçevirdə iki qadın dəm qazından zəhərlənib
Qayınana və gəlin xəstəxanaya yerləşdirilib
Mingəçevir şəhərində bir ailənin iki üzvü dəm qazının təsirinə məruz qalıb. Hadisə Heydər Əliyev prospektində, keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış massivində qeydə alınıb.
Məlumata görə, 1935-ci il təvəllüdlü Nabat İsmayılova və onun gəlini, 1973-cü il təvəllüdlü Mədinə İsmayılova yaşadıqları mənzildə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıb. Hazırda onların vəziyyəti ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.