Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə gənc qız binadan yıxılıb

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan 18 yaşlı sakinin vəziyyəti kritikdir

100

Bu gün saat 14:40 radələrində 2007-ci il təvəllüdlü qadın Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.

Həkimlər tərəfindən ona ağır travmatik şok, sol said sümüklərinin açıq sınığı, dalağın cırılması və daxili qanaxma diaqnozları qoyulub, zəruri tibbi yardım göstərilib.

Hadisə Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsində baş verib. Şəhər sakini Əkbərova Nailə Faiq qızı yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılaraq xəsarət alıb.

Hazırda onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.