Mingəçevirdə gənc qarmon ifaçısı festivalın qalibi oldu
Bəyoğlan Hüseynov “Uşaq İncəsənət Festivalı – 2025”in final mərhələsində I yerə layiq görülüb və ona hədiyyələr təqdim edilib, müəllim və məktəb rəhbərliyi isə təbriklərini çatdırıb
Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbinin Xalq Çalğı Alətləri şöbəsinin qarmon ixtisası üzrə IX sinif şagirdi Bəyoğlan Hüseynov Tural oğlu Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Uşaq İncəsənət Festivalı – 2025”in final mərhələsində Qarmon ifaçılığı nominasiyası üzrə I yerə layiq görülüb.
Bəyoğlan Hüseynovun müəllimi Mübariz Həsənov, konsermeysteri isə Zülfiyyə Bağırovadır.
Qalibiyyət münasibətilə 9 fevral 2026-cı il tarixində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Mingəçevir Komitəsinin sədr əvəzi Kəmalə Məmmədova əməyi keçən müəllimlərə və şagirdə təşəkkürnamə və hədiyyələr təqdim edib.

Tədbirin sonunda məktəbin direktoru Vüsal Məmmədov, tədris hissə müdiri Lalə Əliyeva və məktəb Həmkarlar Təşkilatının sədri Yeganə Nəbiyeva müəllimləri və onların yetirməsi olan şagirdi təbrik edib və onlara gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.