Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə elektrik enerjisində fasilə olacaq

Bu gün bəzi küçələrdə 4 saatlıq məhdudiyyət tətbiq ediləcək – səbəb təmir və ağac budanması işləridir

69

Mingəçevir şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

Bu barədə Azərişıq ASC məlumat yayıb. Bildirilib ki, Mingəçevir Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/6 kV-luq “Şəhər” yarımstansiyasından qidalanan 6 kV-luq 25 saylı hava xəttində ağacların budanması və təmir-bərpa işləri aparılacaq.

Görüləcək işlərlə əlaqədar olaraq bu gün saat 10:00-dan 14:00-dək Aydın Məmmədov, Xətai, Sahil və Mehman Bəkirov küçələrinin müəyyən hissələrində elektrik enerjisinin verilməsi dayandırılacaq.

Qurumdan qeyd olunub ki, işlər başa çatdıqdan sonra həmin ərazilər daha stabil və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.