Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Mingəçevir şəhərində binaların təmiri və abadlaşdırılması işləri davam etdirilir. Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin əməkdaşları tərəfindən M.Maqomayev prospektində yerləşən 6 və 12 saylı binaların giriş hissələrində sökülmüş və dağılmış sahələr sement məhlulu ilə suvanaraq bərpa olunub. Görülən işlər sakinlərin təhlükəsiz və komfortlu yaşayış şəraitinin təmin edilməsinə xidmət edir. İdarədən bildirilib ki, bu istiqamətdə digər ünvanlarda da təmir işləri mərhələli şəkildə davam etdiriləcək.
Şifrənizi bərpa edin.
Şifrə sizə e-poçtla göndəriləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.