Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə ara yollar yenilənir

Şəhərin bir sıra küçə və döngələrində asfalt örtüyünün əsaslı yenidənqurulması davam etdirilir

17

Mingəçevir şəhərində küçə və döngələrin yenilənməsi istiqamətində aparılan işlər davam etdirilir. Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq təmirə ehtiyacı olan yollar növbəlilik prinsipi üzrə müəyyən edilərək asfaltlanır.

Son aylarda Samux, 20 Yanvar, Sabir, Nəsimi, Şah İsmayıl Xətai və Ruşanov küçələrində yol əsasının bərpası və asfalt örtüyünün döşənməsi həyata keçirilib. İşlərə başlamazdan əvvəl torpaq yolun çökək və nahamar hissələri qum-çınqıl qarışığı ilə doldurularaq vərdənə vasitəsilə hamarlaşdırılıb, ardınca asfaltlayama aparılıb.

Asfalt döşənməsi prosesinin qrafikə uyğun və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb edilib.

Şəhərin yol infrastrukturunun yenilənməsi Mingəçevir sakinləri tərəfindən məmnunluqla qarşılanır. Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.