Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə abadlıq layihəsi genişlənir

Mənzil fondunun əsaslı təmiri üçün ayrılan vəsait 1 milyon manatdan çox olub

214

Mingəçevir şəhərində mənzil fondunun əsaslı təmiri üçün ayrılan vəsait artırılıb. Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsi bu məqsədlə açıq tender elan edib. Tenderin qalibi olacaq şirkətə təmir işləri üçün 1 milyon 48 min 375,72 manat ödəniləcək.

Təkliflərin təqdim edilməsi və zərflərin açılışı martın 3-də keçiriləcək. Qeyd edək ki, qurum daha əvvəl bu layihə üzrə iki dəfə tender elan edib. Belə ki, 2024-cü ilin may ayında təmir işlərinin dəyəri 994 min 505,81 manat, noyabr ayında isə 434 min 779,15 manat olaraq nəzərdə tutulmuşdu.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.