Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Su Anbarında suyun həcmi artıb

Yağıntılı hava çaylarda və su hövzələrində səviyyənin qalxmasına səbəb oldu

21

Son günlər ölkə ərazisində davam edən yağıntılar nəticəsində çaylarda və su hövzələrində suyun səviyyəsində artım qeydə alınıb.

Xüsusilə Qanıx çayında vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib. Belə ki, çayda suyun səviyyəsi 1 metr 41 santimetr yüksələrək, saniyədəki su axını əvvəlki 100 kubmetrdən 300 kubmetrə çatıb.

Kür, Türyançay və digər çaylarda isə nisbətən az – 3-5 santimetr artım müşahidə olunub.

Ölkənin ən iri su hövzəsi hesab olunan Mingəçevir Su Anbarında isə son günlərdə 16 santimetrlik artım baş verib. Beləliklə, əvvəl 77 metr 73 santimetr olan su səviyyəsi hazırda 77 metr 89 santimetrə çatıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.