Mingəçevir sakinləri problemlərini icra başçısına çatdırdı
Şəhər rəhbərliyi ilə görüş: Mingəçevirdə vətəndaşların müraciətləri dinlənildi
Avqustun 21-də Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər sakinləri ilə növbəti səyyar qəbul təşkil edib. Görüş Şəhriyar küçəsi 3 ünvanında, eləcə də M.Maqomayev və R.Rza küçələrində yaşayan vətəndaşların iştirakı ilə baş tutub.
Tədbirdə icra hakimiyyətinin məsul şəxsləri, şəhər prokuroru Pərvin Quliyev, polis şöbəsinin rəisi polkovnik Ədalət Əliyev, bələdiyyə, idarə və kommunal xidmət sahələrinin rəhbərləri, həmçinin media nümayəndələri iştirak ediblər.
Sakinlər çıxışlarında dövlətin göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıqlarını bildiriblər. Onlar binaların qarşısında kölgəliklərin və oturacaqların quraşdırılması, hündür ağacların budanması, zirzəmilərin dezinfeksiya olunması, işsizliklə bağlı məsələlər və digər mövzularla bağlı müraciətlərini səsləndiriblər.
İcra başçısı İlham İsmayılov qaldırılan problemlərin yerində araşdırılması və müvafiq addımların atılması üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.