Mingəçevir Sənaye Parkında işçi qadın əmək fəaliyyəti zamanı xəsarət alıb. Hadisə axşam saatlarında parkın tekstil fabrikində baş verib.
İlkin məlumata görə, istehsalat zamanı dəzgahın rezin borusu qəfildən məhvərindən çıxaraq 1993-cü il təvəllüdlü əməkdaş Xəyalə Məmmədovanın sifətinə dəyib. Zərbə nəticəsində onun gözü ciddi şəkildə zədələnib.
Yaralı dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır.