Mingəçevir Dövlət Dram Teatrı yeni mövsümə start verdi
“Herostratı unudun” tamaşası ilə 58-ci teatr mövsümü açıq elan olundu
Mingəçevir Dövlət Dram Teatrı 58-ci teatr mövsümünü açıq elan edib.
23 sentyabr saat 18:00-da teatrın səhnəsində yazıçı Qriqori Qorinin “Herostratı unudun” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub. Əsərin tərcüməsi yazıçı Elçin Hüseynbəyliyə, quruluşu isə rejissor Emin Mirabdullayevə məxsusdur.
Mövsümün açılışı münasibətilə keçirilən tədbirdə teatrın direktoru səlahiyyətlərini icra edən Vəfadar Rəhimov, Gəncə Milli Dövlət Dram Teatrının ədəbi-dram hissəsinin rəhbəri, teatrşünas və tənqidçi Anar Ərtoğrul Bürcəliyev, teatrın bədii şurasının üzvü, Prezident təqaüdçüsü şair Elşən Əzim, eləcə də Prezident mükafatçısı, Mingəçevir Modern Teatrın bədii rəhbəri, kino və teatr rejissoru Cavid Təvəkkül çıxış edərək kollektivə təbriklərini çatdırıblar.
Açılış mərasimində həmçinin şəhidlərin xatirəsi də ehtiramla yad olunub.
Tamaşa teatrsevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.