Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Milli Məclisdə payız sessiyası başladı

Deputatlar 12 məsələdən ibarət gündəliyi müzakirə edir

16

Bu gün Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib. Sessiyanın gündəliyinə 12 vacib məsələ daxil edilib:

  1. Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ilə bağlı Milli Məclisin bəyanatının təsdiqi.

  2. 2025-ci il payız sessiyasının qanunvericilik işləri planının qəbul edilməsi.

  3. Ombudsman haqqında Konstitusiya qanununda dəyişikliklərin ikinci oxunuşda müzakirəsi.

  4. Ozon qatını dağıdan maddələr və Kiqali Düzəlişinin təsdiqi ilə bağlı qanun layihəsinin təqdim edilməsi.

  5. Dabaq xəstəliyinə nəzarət üzrə Avropa Komissiyasının nizamnaməsinə qoşulma məsələsinin müzakirəsi.

  6. Müstəqil Dövlətlər Birliyi ölkələrinin ictimai səhiyyə sahəsində fövqəladə vəziyyətlərə qarşı əməkdaşlıq sazişinin təsdiqi.

  7. Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (ÜTİK-25) ilə bağlı Azərbaycan və Beynəlxalq Telekommunikasiya İttifaqı arasında sazişin təsdiqlənməsi.

  8. İslam İnkişaf Bankı Qrupu ilə Azərbaycan hökuməti arasında 2026-cı il illik toplantılarına dair anlaşma memorandumu.

  9. Rotterdam Konvensiyasına qoşulma və beynəlxalq ticarətdə təhlükəli kimyəvi maddələrə nəzarət prosedurlarının təsdiqi.

  10. Bəhreyn Krallığında (Manama) Azərbaycanın səfirliyinin təsis edilməsi.

  11. Tibbi sığorta haqqında qanunda dəyişikliklərin birinci oxunuşda müzakirəsi.

  12. Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanunda dəyişikliklərin birinci oxunuşda təqdim olunması.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.