Milli Məclisdə növbəti büdcə iclası
Gənclər və idman, eləcə də ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında büdcə layihəsi birinci oxunuşda təqdim olunub.
Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsinə dair müzakirələr müxtəlif komitələr üzrə davam edir.
Bu gün parlamentin Gənclər və idman, həmçinin İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib.
İclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Deputatlar gələn ilin büdcə prioritetləri, sosial xərclər və gənclərlə bağlı proqramların maliyyələşməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Şərhlər bağlıdır.