Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Milanda tramvay qəzası baş verdi

Relsdən çıxan tramvay bir binaya çırpılıb – ən azı 1 ölü, 39 yaralı var

23

Milanda baş vermiş tramvay qəzasında ən azı 1 nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcələrdə xəsarət alıb.

BBC-nin məlumatına görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisə zamanı həddindən artıq yüklənmiş tramvay Via Vittorio Veneto şossesi boyunca hərəkət edərkən bir binaya çırpılıb və relsdən çıxıb.

Tramvayın relsdən çıxmasının səbəbi hələ də müəyyən edilməyib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.