Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Melaniya Tramp haqqında film Cənubi Afrikada qadağan edildi

Kinoteatrlar premyeraya günlər qalmış sənədli filmin nümayişindən imtina etdi

101

ABŞ-ın birinci xanımı Melaniya Trampın həyatından bəhs edən sənədli filmin Cənubi Afrikada nümayişi baş tutmayacaq. Yerli kinoteatrlar filmin planlaşdırılan göstərilişini ləğv ediblər.

Bu barədə məlumatı “Variety” nəşri yayıb. Bildirilib ki, “Melaniya” adlı sənədli filmin premyerası yanvarın 30-na nəzərdə tutulsa da, kinoteatrlar nümayişə az qalmış filmdən imtina ediblər.

Filmin distribütoru olan “Filmfinity” şirkəti qərarın səbəbləri ilə bağlı açıqlama verməyib və hər hansı siyasi və ya xarici təsirin olmadığını bildirib.

Tanınmış rejissor Brett Ratnerin çəkdiyi təxminən bir saatlıq ekran işi Melaniya Trampın ictimai fəaliyyəti, eləcə də həyat yoldaşı Donald Trampla münasibətlərinə fokuslanır.

Qeyd edək ki, 2025-ci ildə Donald Tramp Cənubi Afrika hakimiyyətini ağdərili fermerlərə qarşı təzyiq göstərməkdə və torpaqların məcburi müsadirəsi ilə bağlı sərt ittihamlarla çıxış etmişdi. Bu fonda filmin nümayişinin dayandırılması diqqət çəkir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.