Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Media qurumları üçün vergi güzəştlərinin müddəti uzadılır

Qanun layihəsinə əsasən, media subyektləri 2029-cu ilədək gəlir və ƏDV vergisindən azad olunacaq

58

Media subyektlərinin fəaliyyətlərindən əldə etdikləri gəlirlərin vergi güzəşti müddəti artırılacaq. Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Təklifə əsasən, audiovizual media subyektləri istisna olmaqla, media qurumlarının fəaliyyətlərindən əldə etdikləri gəlirlər – o cümlədən reklam gəlirləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən maddi yardımlar – 2029-cu il yanvarın 1-dək gəlir (mənfəət) vergisindən azad ediləcək.

Eyni zamanda, media subyektləri (audiovizual media istisna olmaqla) tərəfindən istehsal edilən media məhsullarının təqdim edilməsi, eləcə də Azərbaycanda daimi nümayəndəliyi olmayan qeyri-rezidentlər tərəfindən bu subyektlərə göstərilən xidmətlər 2029-cu ilədək ƏDV-dən azad olunacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, bu güzəştlər 2023-cü il yanvarın 1-dən tətbiq olunur və onların müddəti 2026-cı il yanvarın 1-də başa çatmalı idi. Yeni dəyişiklik həmin müddəti daha üç il uzatmağı nəzərdə tutur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.