Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mayk Uolts: Tramp 47 illik qarşıdurmaya son qoymağa çalışır

ABŞ-ın BMT-dəki nümayəndəsi Vaşinqton–Tehran gərginliyini “uzunmüddətli müharibə” adlandırdı

41

Donald Tramp ABŞ–İran qarşıdurmasına son qoyur”

Bu fikri ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts səsləndirib.

Diplomat “Fox News” telekanalına müsahibəsində Vaşinqtonla Tehran arasında illərdir davam edən gərginliyi “47 illik müharibə” kimi dəyərləndirib. Onun sözlərinə görə, bu qarşıdurma Cimmi Karterin prezidentliyi dövründə başlayıb və İranın ABŞ-yə qarşı uzunmüddətli düşmənçilik siyasətindən qaynaqlanır.

Uolts qeyd edib ki, Tramp administrasiyasının hazırda atdığı addımlar məhz bu uzunmüddətli qarşıdurma mərhələsini başa çatdırmağa yönəlib və bunu cəsarətli təşəbbüs kimi qiymətləndirmək olar. Onun fikrincə, bu yanaşma illərlə davam edən münaqişə kursundan qəti şəkildə uzaqlaşmanı ifadə edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.