Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Macarıstan Avropa Birliyinin Kiyevə 90 milyard avroluq kredit planını bloklayıb

Qərar, 2026-cı il parlament seçkilərinə hazırlaşan Viktor Orbanın Ukrayna əleyhinə ritorikasını gücləndirməsi fonunda verilib

24

Macarıstan Avropa Birliyinin Kiyevə 90 milyard avroluq kreditini bloklayıb

Məlumata görə, Macarıstanın AB-dəki səfiri Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avroluq kreditə qarşı çıxıb. Bu məlumatı “Financial Times” qəzeti mənbələrinə istinadla yayıb.

Avropa Birliyi üzv ölkələrinin bu cür qərarları yekdilliklə qəbul etməsini tələb edir, yəni bütün 27 ölkənin razılığı olmadan kredit təsdiqlənə bilməz.

Qəzetin yazdığına görə, Macarıstanın parlament seçkiləri 2026-cı ilin aprelində keçiriləcək və ölkənin Baş naziri Viktor Orban bu dövrdə Ukrayna əleyhinə ritorikasını gücləndirir.

AB 2025-ci ilin dekabrında qərar verib ki, blokun ümumi büdcəsindən kreditlə Ukraynaya 2026-2027-ci illərdə dəstək göstərilsin. Lakin Macarıstan, Çexiya və Slovakiya bu mexanizmdə iştirak etməyəcəklərini açıqlayıblar. Eyni zamanda, Avropa Birliyi Ukraynaya dəstək üçün Rusiya aktivlərindən istifadə etməməyi qərara alıb.

Kredit üzrə faiz xərcləri birbaşa AB büdcəsi tərəfindən qarşılanacaq və bu Macarıstan, Çexiya və Slovakiyanın milli büdcələrinə təsir göstərməyəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.