Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məxfi razılaşmanın detalları üzə çıxdı

“Axios”un məlumatına görə, İrana qarşı əməliyyatın əsası fevralın 23-də Netanyahu ilə Tramp arasında keçirilən gizli danışıq zamanı qoyulub

114

İrana qarşı hazırda davam edən hərbi əməliyyatın təməlində İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında fevralın 23-də keçirilmiş gizli danışıq dayanır. Bu barədə “Axios” nəşri Vaşinqtondakı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Netanyahu həmin gün Trampla telefon əlaqəsi saxlayaraq fevralın 28-nə planlaşdırılan mühüm görüş haqqında informasiya verib. Bildirilib ki, həmin tarixdə İranın Ali rəhbəri Əli Xameneinin müşavirləri ilə toplantısı nəzərdə tutulurdu.

Məlumata əsasən, Netanyahu yaranmış vəziyyəti fürsət kimi dəyərləndirərək İran rəhbərliyinə qarşı həlledici zərbə endirilməsini təklif edib. Tramp isə təqdim olunan kəşfiyyat məlumatlarının dəqiqliyini yoxlamaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) tapşırıq verib. Fevralın 26-da məlumatların təsdiqləndiyi, bundan sonra əməliyyatın fevralın 27-də yerli vaxtla saat 15:38-də başlaması barədə göstəriş verildiyi qeyd olunur. Əməliyyatın daha erkən icrası planlaşdırılsa da, əlverişsiz hava şəraiti buna imkan verməyib.

Həmçinin vurğulanır ki, Donald Tramp əməliyyatdan öncəki günlərdə çıxışlarında İrana xüsusi diqqət ayırmayıb. Məqsəd Əli Xameneidə şübhə yaratmamaq və onun planlarını dəyişərək təhlükəsiz məkana çəkilməsinin qarşısını almaq olub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.